"Əvvəla "Qəbələ"ni təbrik edirəm. Rəqib qolu tez vurdu və mənim oyunçularım ruhdan düşdü. Sonda isə məğlub olduq". Sportnet.az-ın məlumatına görə, bunu Macarıstan MTK-sının baş məşqçisi Vasilis Teodoru "Qəbələ"yə Bakıda 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
O bildirib ki, Azərbaycan paytaxtına qələbə üçün gəlsələr də, bunu bacarmayıblar: "Onsuz da birinci qoldan sonra ruhdan düşmüşdük. İkinci qol isə bizi tam ruhdan saldı. Ona görə də heç nə edə bilmədik. Biz heç vaxt geridə olmuruq. Komandam Avropanın ən güclü komandalarından biridir. Amma bu dəfə nədənsə oyunumuz alınmadı".
Qeyd edək ki, "Qəbələ" Avroliqanın III təsnifat mərhələsində Fransa "Lill"i ilə üz-üzə gələcək.