Vəli Qasımov "Neftçi”nin baş məşqçisi postunda növbəti uğursuzluq yaşayıb. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis "ağ-qaralar”ın "sükanı arxası”nda ilk böyükhesablı məğlubiyyətini alıb - 0:3.
Bu, "Qarabağ”la tarixi derbidə baş verib. Qasımov bu üzücü nəticəni millimizdə hücumda tərəfdaşı olmuş Qurban Qurbanovla məşqçi kimi dueldə yaşayıb.
"Neftçi” iki il yarımdır "Qarabağ”la oyunlarda böyük hesabla uduzmurdu. Komanda sonuncu dəfə ən azı 3 top fərqi ilə məğlubiyyəti əvvəlki baş məşqçisi Əsgər Abdullayevlə almışdı. Bu, ötən çempionatda – fevralın 27-də "Zirə” ilə qarşılaşmada olub. "Neftçi” həmin səfər oyununda da 0:3 hesabı ilə məğlub olmuşdu. "Ağ-qaralar” 176 gündən sonda meydanı böyükhesablı məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, Qasımov martdan bu yana çalışdırdığı "Neftçi” ilə çempionatda hələ də "Bakcell Arena”da qələbə qazana bilməyib. Bu həsrət Avropa Liqasında da yaşanıb. Qasımovun Azərbaycanda klubunda məşqçi kimi ilk iş yeri məhz "Neftçi” olduğundan, ümumiyyətlə, milli çempionatımızda ilk böyükhesablı məğlubiyyətini alıb. Onun futbolçu karyerası müstəqillik dövründə vətənə bağlı olmayıb.