1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yenə ikihakimiyyətlik, ziyankar legioner və xilaskar bombardir
Azərbaycan Premyer Liqasının III turu II turunun tam əksi olub. Sportnet.az-ın məlumatına görə, bundan əvvəlki turda 4 oyuna 3 qol vurulmuşdusa, bu dəfə 3 oyuna qapılardan 11 top keçib. Bu da hər oyuna demək olar 4 qol düşməsidir.
Tur ikihakimiyyətliyin dəyişməsi, bu dəfə "Qəbələ” ilə "İnter”in hegemonluğu "Qarabağ”la "Zirə”yə verməsi baxımından yadda qalıb. "Qırmızı-qaralar” Avropa Liqasında "Sumqayıt”la oyunu təxirə salındığından meydana çıxmayıbsa, "İnter” "Kəpəz”lə hesabda irəlidə olduğu ev matçında sonda məğlubiyyətdən xilas olub. Bu 2 xal itkisi Zaur Svanadzenin komandasına liderliyi itirmək bahasına başa gəlib.
Bundan isə qələbə qazanan "Qarabağ”la "Zirə” maksimum yaralanıb. Adil Şükürovun komandası Ağdam təmsilçisindən 2 gün əvvəl oynadığından, bu müddətdə vahid lider ola bilib. "Qarabağ” isə böyükhesablı qələbə sayəsində top fərqini yaxşılaşdırıb və nəticədə 1-ci pillədə qərarlaşıb. Bununla da ötən çempionatının qızıl və gümüş medalçıları yenidən 1-ci və 2-ci pillədə qərarlaşıblar. Halbuki, bu komandalar cari mövsümə gözlənilmədən məğluyyəylə başlayataq sonradan qazandıqları 2 qələbə ilə son pillələrdən liderliyə yüksəliblər. Yeri gəlmişkən Qurban Qurbanovun komandasının sonuncu böyükhesablı qələbəsi ötən çempionatın son turunda "Azərsun Arena”da qızıl medallarını aldığı AZAL-la matçda qazanmış, onda da 3:0 hesablı qələbəyə sevinmişdi.
Turnir cədvəlində 3-cü pillədə olan "İnter” onunla təsəlli tapa bilər ki, bombardirlər yarışında liderdir. Müdafiəçi Ruslan Abışov yeni komandasının bu çempionatda qol vurduğu matçlarda mütləq fərqlənib. Özü də bunlar "İnter Arena”da olub və Abışov cərimə zərbəsindən vurduğu həlledici qollarla komandasının xilaskarı olub. Millimizin üzvü bunların birində "İnter"ə 3, digərində isə 1 xal qazandırıb. Ruslan müdafiəçi olduğundan məhsuldarlığı diqqət çəkir.
Bu turda cari mövsümün ilk avtoqolu qeydə alınıb ki, sonuncusu ötən çempionatın 32-ci turunda ”Rəvan”ın müdafiəçisi Kənan Müslümovla "Kəpəz”lə səfər matçının (2:3) 46-cı dəqiqəsində qeydə alınmışdı. Bu dəfə isə "Neftçi”nin braziliyalı müdafiəçisi Jayro Filyo Rodriges "Qarabağ”la "Əlincə Arena”dakı səfər matçında "fərqlənib". Ötən mövsüm 3 qırmızı vərəqə almaqla çempionatımızın antirekordçusu olan Jayro bu mövsüm də komadasına ziyan vurmaqdadır. O, ilk turda qırmızı vərəqə alıb və cəza üzündən "Zirə”yə evdə 0:1 hesabı ilə uduzduqları matçı buraxmalı olub. Legioner cəzası bitərək meydana qayıdan kimi topu öz qapısına göndərməklə komandasını çətin vəziyyətdə qoyub. Göründüyü kimi, Jayronun "Neftçi”yə bir müdafiəçi kimi faydasından çox ziyanı dəyir.
Əslində, cari çempionatda ilk avqtooql ötən turda elə "Əlincə Arena”da qeydə alınmışdı. Anvaq baş hakim Ramil Diniyevin "Zirə”nin futbolçusu Vüqar Mustafayev fərqləndiyi epizodda topun istiqamətini dəyişərək onun öz qapılarından keçməsinə səbəbkar olan "Neftçi”nin müdafəçisi Məqsəd İsayevin avtoqolunu qeydə almamışdı. Ancaq FİFA referisi Əliyar Ağayev öz oyununda qol epizodunda avtoqolu gözdən qaçırmadı.