"Qəbələ"nin Avropa Liqasında rəqibi olan "Maynts” yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, komanda II Bundesliqa təmsilçisi "Sandhauzen”lə qüvvəsini yoxlayıb.
Matç rəqibimizin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. "Maynts”ın yeganə qolunun müəllifi 57-ci dəqiqədə De Blazis olub.
Xatırladaq ki, "Qəbələ" qrupda ilk ev oyununu sentyabrın 29-da məhz "Maynts"la keçirəcək.









































































