Gəncə və Mingəçevir şəhərlərində hər iki bölgənin rayonlarını təmsil edən hakimlər üçün seminar keçirilib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminara Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov rəhbərlik edib.
Məşğələlərdə "Oyun Qaydaları”na edilən son dəyişikliklər barədə ətraflı məlumat veilib, FIFA və UEFA-nın yeni tövsiyələri diqqətə çatdırılıb, diskussiyalar təşkil olunub, videogörüntülərin müşayiəti ilə maraqlı epizodlar təhlil edilib.











































































