1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qələbəyə həsrət və ən erkən qola imza atan zəif "cırtdan"
San Marino yığması Azərbaycan milli komandasının 24 illik tarixinə növbəti rəqib kimi düşəcək. Sportnet.az-ın məlumatına görə, 2018-ci il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayan millimiz indiyədək bu ölkənin yığması ilə indiyədək nə rəsmi oyunda, nə də yoldaşlıq görüşündə qarşılaşıb.
San Marino Futbol Federasiyası 1938-ci ildə yaradılsa da, onun milli komandası formalaşmadığından yalnız 1988-ci ildən FİFA və UEFA-nın üzvüdür. Yəni "cırtdan ölkə"nin təmsilçisi bu göstəricidə Azərbaycan milli komandasını cəmi 6 il qabaqlayır. Məlum olduğu kimi, 1992-ci ilin sentyabrın 17-də "dünyaya gələn" millimiz 1994-cü ildə AFFA FİFA və UEFA-nın üzvlüyünə qəbul olunandan sonra seçmə mərhələdə çıxış edir.
Rəqibimiz ev oyunlarını ən böyük şəhəri olan Serravalledə Olimpiya stadionunda keçirir. San Marino yığması tarixində ilk oyununu 1990-cı ilin noyabrın 14-də bu arenada İsveçrəyə qarşı keçirib və 0:4 hesabı ilə uduzub. Bu, 1992-ci il Avropa çempionatının seçmə mərhələ oyunu olub. Qrupda qalan 7 matçda da məğlub olan san marinolular ilk seçmə mərhələsini xalsız başa vurublar. Özü də rəqib səfərdə daha zəif çıxış edərək, hər qarşılaşmada ən azı 4 qol buraxıb. San Marino yalnız 1 qol vurmağa müvəffəq olub ki, bu da Rumıniyaya 1:3 hesabı ilə məğlub olduqları matçda penaltidən olub. Həmin ilk rəsmi qolun müəllifi Valdes Pazolinidir. San Marino vurduğu bu 1 qolun qarşılığında 33-nü buraxıb.
San marinolular ilk dəfə dünya çempionatının seçmə mərhələsində 1992-1993-cü illərdə çıxış ediblər. Bu, DÇ-1994-ün seçmə mərhələsi olub. Rəqib həmin tsikldə də uğursuz çıxış etsə də, ilk xalını qazana bilib. Özü də bu, Türkiyə yığması ilə matç olub - 0:0. Həmin ev oyunu 1993-cü ilin martın 10-da olub. San marinolular həmin seçmə mərhələdə ilk qolunu da "ay-ulduzlular"ı vurub. Türkiyədə 1:4 hesabı ilə uduzduqları oyundakı yeganə qolun müəllifi Nikola Baççokkki olub.
Nə qədər qəribə görünsə də, autsayder San Marino həmin qrup mübarizəsində dünya çemponatının seçmə mərhələləri tarixində ən erkən qola da imza atıb. Özü bu, İngiltərə kimi güclü rəqiblə səfər matçına təsadüf edib. San Marino millisinin futbolçusu David Qualtyeri matç başlayandan 8,3 saniyə sonra hesabı açmağa müvəffəq olub. Düzdür, ingilislər sonradan 7 qol vuraraq 7:1 hesabı ilə qalib gəlməklə rəqibimizi buna peşman ediblər. San Marinolular ilk dünya çempionatının seçmə mərhələsində 10 oyunda 46 qol buraxıblar.
San Marino yığması indiyədək bir sıra yığmaların, hətta Farer adaları kimi zəif millinin tarixinə düşüb. Bu da onun üzərində qazandıqları qələbələrlə olub ki, onlar tarixlərində ən böyükhesablıdır. Bunlar arasında rəqibimiz üçün ən ağır yenilgi 2006-cı ilin sentyabrın 6-da evdə Almaniyaya 0:13 hesablı məğlubiyyətdir. Seçmə mərhələdə qələbə üzünə həsrət qalan san marinoluların yeganə qələbəsi yoldaşlıq görüşündə olub. Bu, 2004-cü ilin aprelin 28-də evdə Lixtenşteyn yığması üzərində 1:0 hesabı ilə qazanılan qələbədir. Həmin tarixi qolun müəllifi millinin tarixində 8 dəfə fərqlənməklə bombardiri olan Andi Selvadır. Yeri gəlmişkən, o, ən çox - 73 dəfə kapitan olub. Həmin minimal hesablı qələbə San Marino üçün elə ən böyükhesablı qələbə sayılır. San Marino millisinin tarixində ən çox oyun keçirən Damyano Vannuççidir - 69 matç.
Rəqibimiz son seçmə mərhələdə İngiltərə, İsveçrə, Litva, Estoniya ilə bir qrupda olub və ilk 3 oyunda məğlubiyyətləri sıralayıb. Ardından estonlarla 2014-cü ilin noyabrın 15-də edilən qolsuz heç-heçə tarixi göstərici olub. Belə ki, san marinolular seçmə mərhələdə ardıcıl 61 oyun məğlubiyyətdən sonra nəhayət, xal qazana bilib.
Göründüyü kimi, seçmə mərhələllərin aşkar autsayderi olan, qələbəyə həsrət, nadir hallardan xal qazanan, bəzən heç qol vura da bilməyən San Marino yığması nəinki Avropanın, elə dünyanın da ən zif yığmalarından sayılır. Bunun da nəticəsində rəqibimiz FİFA reytinqində ən son pillələrdə qərarlaşıb. Belə zəif rəqiblə matçda nəinki qalib gəlmək, hətta tarixində ən böyükhesablı qələbəni qazanmaq mümkündür.