DÇ-2018-in seçmə qrup mərhələsində keçiriləcək San Marino - Azərbaycan oyununa maraq çox azdır. Sportnet.az-ın San Marinoda olan əməkdaşının məlumatına görə, 6 600 azarkeş tutumuna malik Serravalle Olimpiya Stadionu demək olar ki, boşdur.
Oyuna təxminən 1 500-ə yaxın azarkeş gəlib. Onların içərisində Azərbaycanı dəstəkləyən futbolsevərlər də yer alıb. Onlar Azərbaycan bayraqları ilə komandamıza dəstək verirlər.
Qeyd edək ki, San Marino - Azərbaycan maçtı bir neçə dəqiqədən sonra start götürəcək.


















































































