"Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandı. Bizim çıxışımız da yaxşı idi. Amma komandamız fiziki cəhətdən aşağı səviyyədə idi".
Sportnet.az-ın məlumatına görə, bunu San Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla evdə keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb.
- Qırmızı vərəqə komandanın çıxışına necə təsir göstərdi?
- Komanda ikinci hissəyə bir qədər yaxşı başladı. Amma qırmızı vərəqə bizi bir qədər çətin vəziyyətə saldı. Bu səbəbdən, də təsnifat mərhələsinə uğurlu nəticə ilə başlaya bilmədik.
- Həmin epizodda qırmızı vərəqə verilməsi düzgün qərar idi?
- Həmin futbolçu çox gəncdir. Brolli gələcəkdə komanda üçün faydalı olacaq. Sadəcə onun gənc olması belə situasiya yaratdı.
- Qələbədə Robert Prosineçkinin rolu oldu, yoxsa Azərbaycan millisinin?
- Fikrimcə, baş məşqçinin... Prosineçkinin göstərişləri böyük rol oynadı. Ancaq ümumilikdə komanda nəticəni həll etdi.
Sonda verilən "Tribunaların boş qalmasının səbəbi nə idi? 6 600 tutumu olan stadiona təxminən 900 azarkeş gəlmişdi ki, onun da yarısı azərbaycanlı idi" sualını cavablandırmayan meydan sahiblərinin baş məşqçisi konfrans zalını tərk edib.