Türkiyənin "Qalatasaray" klubu özünə yeni sponsor tapıb. Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Permolit Boya" ilə anlaşıb.
Şirkətin adı formanın qol hissəsində yazılacaq. Tərəflər bu gün keçirilən tədbirdə müqavilə imzalayıb.
Qeyd edək ki, "Qalatasaray" hazırda ölkə çempionatında 2 oyuna maksimum xal toplayaraq birinci pillədə qərarlaşıb.










































































