İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçiləri seçilib. Sportnet.az-ın məlumatına görə, azarkeşlər arasında keçirilmiş sorğuda "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ən yaxşı adını qazanıb.
Portuqaliyalı mütəxəssis səslərin 40%-ni toplayıb. İkinci pillədə "Çelsi"nin baş məşqçisi (33%), üçüncü pillədə isə "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola (14%) qərarlaşıb.










































































