1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanovun darmadağın rekordu
Topaz Premyer Liqasının IV turunun "Qarabağ” – AZAL oyununda qeydə alınan 6:0 hesabı rekordla əlamətdar olub. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında ən böyük hesablı qələbəsini qazanıb.
2008-ci ildən bu mütəxəssisə güvənən əyalət klubu nəinki son 8, hətta 13 ildə belə qələbə qazanmamışdı. Ağdam klubunun həm tarixində, həm də çempionatdakı sonuncu dəfə 6 və ya daha çox top fərqilə qələbəsi 2003/04 mövsümünə təsadüf etmişdi. 2003-cü il avqustun 8-də Ağdam təmsilçisi "Ədliyyə”ni 7 cavabsız qolla üstələmişdi.
"Qarabağ”da 6 top fərqi ilə qələbəsi olmayan Qurbanov üçün bu qələbə baş məşqçilik karyerasının da rekordudur. O, "ağ-göylər”ədək rəhbərlik etdiyi "Neftçi”də də belə fərqlə qələbəyə sevinməmişdi. AZAL isə ölkə çempionatlarındakı antirekordunu təkrarlayıb.
AZAL-ın 2005-ci ildən çıxış etdiyi yüksək dəstədə ən ağır məğlubiyyəti 6 top fərqilə olmuşdu. Bakılılar 2011-ci il dekabrın 11-də "Neftçi”yə uduzmuşdu – 1:7. 5 ildən sonra antirekordunu təkrarlayan "təyyarəçilər” Premyer Liqada ikinci dəfə 6 top fərqilə yenilib.