AFFA-nın İntizam Komitəsi "Neftçi"nin əvəzedicilərdən ibarət komandasının məşqçisi Vitali Kovalyovu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb "Qəbələ" ilə oyunun 57-ci dəqiqəsində məşqçinin texniki zona qaydalarını pozmasıdır.
Nəticədə mütəxəssis bir oyunluq cəzalanıb, klub isə 400 manat cərimələnib.
Üstəlik həmin oyunda "ağ-qaralar"ın futbolçusu Sənan Əlizadəni sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırıb. Klub isə 80 manat ziyana düşüb.






































































