1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qara Qarayev: "Bu, ən zəif oynlarımızdan biri olar"
"Şükürlər olsun ki, belə bir turnirdə qrupda nübarizəni xalsız başlamadıq. Hərçənd, məğlubiyyətlə də başlaya bilərdik. Ancaq bu gün 1 xal qazandıq. Bu da bir uğurumizdur". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" klubu ilə "Dalğa Arena"da 2:2 hesabı ilə nəticələnən matçdan sona bildirib.
Onun sözlərinə görə, komandasının daha yaxşı oyunları qrupda qabaqdadır: "Bu, ən əzif oyunlarımızdan biri olar. Biz də rəqibi yaxşı təhlil etmişdik. DÜşünürəm ki, buraxdığımız qol şanssızlqıla bağlı oldu. Rəqib qolu vurarkən heç nə etmədi. Ani diqqətsizlikdən sonra fərqləndirlər. Bilirdik ki, "Slovan" dayanan yox, qaçan komandadır. BU gün də elə oldu. Sonda dayandılar və qapılarında qol gördülər. Həm mediada, həm dəd azarkeşlər arasında belə bir fikir var idi ki, tanınmadan komanda olduğundan rahat qalib gələcəyik. Ancaq bu oyn göstərdi ki, heç bir matç bizim üçün rahat olmayacaq".
Qarayevin fikrincə, matçın "Dalğa Arena"da keçirilməsi oynlarına az təsir göstərib: "Sadəcə, ot örtüyü çox da yaxşı deyildi. Stadionun azarkeş tutuu az idi. Ancaq yerlər də yenə boş idi. Bəlkə Respublika stadionunda olsaydı, daha çox azarkeş gələ bilərdi. Hər halad, bu stadiona daha çox alışmışıq. Ora bizim üçün daha rahatdır. Çexlərə qarşı uğursuzulu bizə onların hakimi Miroslav Zelinka yaşadım".
Yarımmüdafiəçi yeni hücumçuları Dino Ndlovunun hələ də uyğunlaşma ilə bağlı çətinliyinin olduğunu təsdiqləyib: Düşünürəm ki, bu, yoluna qoyulacaq. Hə rhalda, Dini bunun üçün məşqlərdə daha çox çalışır. Qarşıdakı oyunlarda özünü göstərəcəyinə inanıram. Futbolçu üçün əsas meydanad qaşmaq, çalışmaqdır ki, Ndlovu bunu edir.