Azərbaycan Premyer Liqasının V turunda "İnter"in qonağı olacaq "Neftçi" oyuna itkilərlə çıxacaq. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ın 3 futbolçusu zədə səbəbindən "bankirlər"lə oyunu buraxmalı olacaq.
Yarımmüdafiəçilər Murad Ağayev və Elşən Abdullayev və makedoniyalı müdafiəçi Vançe Şıkov bu tur komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, sentyabrın 18-də "İnter Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.







































































