"Sumqayıt” AZAL-ın futbolçusu Seymur Əsədovu heyətinə qatıb.
Sportnet.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi Seymur Əsədovla  ilə 2 illik müqavilə imzalayıb. Əsədov "Sumqayıt"da 5 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Seymur Əsədov U-21 millimizin üzvüdür.









                 





    
    
    
    
    
    
    
    
    

























































