"Qarabağ"ın Avropa Liqasında növbəti rəqibi olan İtaliyanın "Fiorentina" klubu A seriyasında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Paulo Souzanın komandası IV turda öz meydanında "Roma"ya 1:0 hesabı ilə qalib gəlib.
Qələbə topunun müəllifi 82-ci dəqiqədə fərqlənən xorvatiyalı yarımmüdafiəçi Milan Badelj olub. "Fiorentina" 3 oyundan 6 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Ancaq komandanın ehtiyatda 1 oyunu var. 
Xatırladaq ki, "Fiorentina" 2-ci turda sentyabrın 29-da "Qarabağ"ı qonaq edəcək. 









                 





    
    
    
    
    
    
    
    
    
























































