1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid İmamverdiyev: "Bütün komandanın günahı var"
"Fikrimcə, gözəl oyun göstərdik. Topa daha çox biz nəzarət edirdik. "Qəbələ”yə acı məğlubiyyətdən sonra toparlanıb belə oyun göstərməyi hər bir komanda bacarmaz". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev klub saytına açıqlamasında Azərbaycan Premyer Liqasının V turunda "İnter"lə oyun haqda fikirlərini bildirərkən deyib.
26 yaşlı yarımmüdafiəçi qələbəyə layiq olduqlarını düşündüyünü bildirib: "Düşünürəm ki, qələbəyə biz layiq idik. Sadəcə, son dəqiqələrdə müdafiədə boşluq buraxmaqla oyunu əldən verdik. Hesab 1:1 olanda qol vurmaq üçün irəli atıldıq, amma qapımızda ikinci qolu gördük. Məqsəd İsayev rəqib futbolçunu görmədi. Ümumiyyətlə, bu futboldur. Təkcə Məqsədi günahlandırmaq düzgün deyil, bütün komandanın günahı var. Çatışmayan cəhətlərimiz çoxdur. Bunlar üzərində çalışmaq lazımdır. Qarşıda görüləsi çox işlərimiz var. Bununla bağlı baş məşqçi də gəldiyi gündən bizimlə danışır. "Neftçi”nin adına layiq, yəni bundan yüksək oyun göstərməyə çalışacağıq".
Qeyd edək ki, "Neftçi" V turdan sonra 3 xalla turnir cədvəlinin 7-ci pilləsindədir.