1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyevdən 40-cı qol
"İnter”in futbolçusu Rauf Əliyev Azərbaycan çempionatlarında yubiley qolunu vurub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu Topaz Premyer Liqasının V turunun "Neftçi” ilə qarşılaşmasında 2 dəfə fərqlənib.
O, bununla da ölkə çempionatlarında qol sayını 40-a çatdırıb. Bu matçadək hesabında 38 qol olan Əliyev 39-cu və 40-cı toplarını özünün 188-ci matçında vurub. Bu qol ona Azərbaycan çempionatları tarixinin ən məhsuldar oyunçuları sırasında 51-ci yerə şərik olmaq imkanı verib. Rauf Mehman Allahverdiyev, Junivan Suares, Samir A. Məmmədov və Fernando Pereslə eyni sayda qol sevinci yaşayıb. İlk qolunu 2006/07 mövsümündə vuran hücumçu 4 klubun heyətində rəqib qapılarına yol tapıb. "Qarabağ”da 23, "Bakı”da 11, "Xəzər Lənkəran” və "İnter”in hərəsində 3 dəfə fərqlənən Rauf oynadığı klublardan yalnız birində - "Neftçi”də qola həsrət qalıb.
Qeyd edək ki, Əliyev 2 qolla "Neftçi” üzərində 2:1 hesablı əzmkar qələbədə pay sahibi olub. Bununla da "ağ-qaralar”ın ölkə çempionatlarındakı yeni antirekordu qeydə alınıb. "Neftçi” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 4 oyunda məğlub olub.