1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Reynaldo Premyer Liqanın tarixinə düşdü
"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silva Azərbaycan Premyer Liqasının tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu 1992-ci ildən keçirilən bütün milli çempionatımızda ən çox qol vuran braziliyalı oyunçudur. Reynaldo Premyer Liqanın hazıkrı turunda "Kəpəz"lə səfər matçının 75-ci dəqiqəsində vurduğu qolla həm komandasını məğlubiyyətdən xilas edib (1:1). O, Leandro Qomeşi arxada qoyub. Millimizin sabiq hücumçusu 41 qolla uzun illərdir lider idi.
Silvanın Qomeşdən üstünlüyü ondadır ki, o, bütün qollarını 1 klubda - 2013-cü ilin qışından şərəfini qoruduğu "Qarabağ"da vurub. Leandro isə 3 klubda - "Bakı", "Olimpik" və Yevlaxın "Karvan" klubunun heyətində fərqlənib.
Reynaldo cari çempionadək hesabında olan 38 qolla milli çempionatımızın ən məhsuldar braziliyalıları arasında 3-cü idi. O, əvvəlcə 40 qolla 2-ci olan həmkarı Junivan Suaresi keçmişdi.
Silva debüt etdiyi 2012/13 mövsümündə 9 oyunda 2, 2013/14-də 31 oyunda 22, 2014/15-də 24 oyunda 10, 2015/16-da 14 oyunda 2 qol vurub. Hücumçu cari çempionatda 4-cü dəfə fərlqənməklə bombardirlər yarışında 2-ci pilləyə yüksəlib və "Qəbələ"nin fransalı bombardiri Baqali Dabonun (6 qol) ən yaxın izləyicisinə çevrilib.
Qeyd edək ki, Reynaldo hələ 2014/15 mövsümündə vurduğu 30 qolla "Qarabağ"ın tarixində ən sərrast legioner adını 29 dəfə fərqlənən gürcü hücumçu Georgi Adamiyanın əlindən alıb. Silva "Qarabağ"ın milli çempionat tarixində bombardirləri siyahısında 3-cü pilləyə yüksəlib. O, 44 qolla 2-ci pillədə olan Samir Musayevdən cəmi 1 qol geri qalır. Aşkar lider isə Silvanın "Qarabağ"da məşqçisi olan Müşfiq Hüseynovdur - 109 qol.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşən layihə üçün