1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA millimizdən 4 qol buraxan qapıçıdan şübhələnməyib
FİFA 2018-ci il dünya çempionatının seçmə mərhələsində keçirilən Litva – Malta oyununu (2:0) danışılmış saymayıb. Sportnet.az-ın məlumatına görə, Litva Futbol Federasiyası (LFF) həmin matçın nəticəsinin əvvəlcədən razılaşdırımasının mümkünlüyü ilə bağlı dünya ali futbol qurumundan heç bir xəbərdarlıq məktubu almadığını bəyan edib.
Halbuki, mətbuatda belə xəbər yayılmışdı ki, FİFA bu oyunun danışılmış xarakter daşıması, meydan sahiblərinin 2 və daha çox top fərqli qələbəsinin olacağı ilə bağlı çoxlu pul qoyuluşunun qeydə alınması haqda matçdan öncə məlumatlanıb. Litvalıların qonaqların qapıçısı Endryu Hoqq və komandanın bir nümayəndəsi ilə sövdələşdiyi deyilirdi.
LFF-dən isə bildiriblər ki, bu haqda matçdan sonra Malta Futbol Assosiasiyasının rəsmi bəyanatı nəticəsində xəbər tutublar: "Bizə FİFA, UEFA və ya digər tərəfdaşlar tərəfindən milli komandamızla bağlı heç bir tövsiyə və ya şübhə bildirilməyib. Buna baxmayaraq, bizim federasiya danışılmış matçlarla bağlı aktiv və qətiyyətli şəkildə mübarizə aparır. Lazım olan halda bu yöndə əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, bu məsələ imkan daxilində tez bir zamanda həll olunacaq”.
Qeyd edək ki, 31 yaşlı Hoqq ötən seçmə mərhələdə Azərbaycan milli komandası ilə hər 2 oyunda çıxış edərək ümumilikdə 4 qol buraxıb.