1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Robert Prosineçki: "İçməsəydim, dünyanın ən yaxşısı olardım"
Xorvatiya mətbuatında alkoqol aludəçisi olan futbolçularla bağlı yazıda Azərbaycan milli komandasının hazırkı baş məşqçisi Robert Prosineçkiyə də yer verilib.
Sportnet.az-ın məlumatına görə, məqalədə Prosineçkinin vaxtilə spirtli içkilərə xeyli meylli olduğu vurğulanıb. Hətta onun "Şərab içməsəydim, dünyanın ən yaxşısı olardım" fikirlərini səsləndirdiyi də bildirilir.
Belə məlum olur ki, xorvatiyalı mütəxəssis siqaret və viski üzrə "ekspert" imiş: "Məhz buna görə Prosineçki sonradan səhhəti ilə bağlı ciddi problemlər yaşadı. Nəticədə son illər o, içmir. Siqareti isə hələ də çəkir, çünki həkimlər qadağa qoymayıb".