1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın gizli qalmayan planı
Vuqar MƏMMƏDOV
"Fiorentina”nı çıxmaq şərti ilə digər üç komanda arasında vəziyyəti ən yaxşı olan "Qarabağ” idi. Bu səbəbdən, Çexiyada "Slovan"la oyuna ehtiyatlı başlamalı, diqqətlə müdafiə olunmalı və zamanını gözləməli idi. Amma gördüyüm qədərilə deyə bilərəm ki, "Qarabağ” qol vurmaq üçün irəli getdi.
"Slovan” oyun tərzinə görə PAOK-a yaxın komandadır. Yəni, futbolçuları bütün meydan boyu qaçırlar, pressinq tətbiq edirlər. Buna görə də PAOK-a qarşı tətbiq edilən oyun taktikasından bu oyunda da istifadə edilməli idi. Meydana da "Slovan” kimi oynayan, meydanda çox işləyən futbolçular buraxılmalı idi. Bu baxımdan, Rahid Əmiqruliyevin, Reynaldonun start heyətində meydana çıxması məqsədəuyğun olardı.
"Slovan” birinci və üçüncü qolu "Qarabağ”ın sağ cinahından verilən ötürmədən sonra vurdu. Bu o deməkdir ki, rəqib bu cinahın zəif olduğunu bilib. Hardan bilib? Axı bu cinahda kifayət qədər güclü oyunçu var? Maksim Medvedevi nəzərdə tuturam. Komandada zədələnən mərkəz müdafiəçisi Rəşad Sadıqovdur. Uzağı, rəqib fikirləşərdi ki, Rəşadın yerinə hansısa müdafiəçi salınacaq. Amma görünən odur ki, Maksimin cinahdan mərkəzə çəkilməsindən, Arif Daşdəmirovun sağda oynayacağından məlumatlı olublar. Ona görə də rəqib oyunboyu bu cinaha yüklənmişdi. Hələ matçdan bir gün əvvəl Maksimin mərkəzdə, Arifin cinahda oynayacağı mətbuatda müzakirə olunurdu. Bu məlumatı mətbuata kim sızdırıb? Yəqin ki "Qarabağ” camiəsindən kimsə.
Avropanın peşəkar komandaları futbolçularının zədələnmələrini bəzən oyun gününədək gizlədirlər ki, rəqib buna qarşı plan qurmasın. Bu məntiqlə yanaşsaq "Slovan"ın məşqçiləri nəinki Maksimin mərkəzə çəkilib yerini Arifə verəcəyini, hətta Rəşadın zədələnməsini də bilməməli idi. Peşəkar klub belə etmir.
"Fiorentina” – PAOK oyununun ikinci hissəsi "Slovan” –"Qarabağ” oyunundan iki-üç dəqiqə gec başladı. Bu, məndə "Fiorentina”nın bizim oyunun nəticəsini gözləyib sonra da oyunu verəcəyi şübhəsi yaratdı. Şübhəm doğru çıxdı. Belə işlərdə ad çıxaran italyanlar bu dəfə də gözləniləni etdi.
İndi təxminən iki il əvvəlki vəziyyət yaranıb. Amma bu dəfə "Qarabağ” ondakından daha təcrübəlidir.
Görək nə olur?!