1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qəzaya düşən futbolçulardan Azərbaycanda ikisi çıxış edib
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bunlar Filipe Joze Maçado və Villiam Tieqo de Xesusdur.
Maçado 2010/2011 mövsümündə Bakı "İnter"inin formasını geyinib. Hazırda 32 yaşı olan müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyuna çıxıb.
30 yaşlı müdafiəçi Tieqo isə "Xəzər Lənkəran"da forma geyinib. 2014-cü ilin yanvarında onunla 1.5 illik müqavilə imzalansa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
"360 Radio Colombia" qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb.