
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, lider "Qəbələ" növbəti qələbəsini səfərdə "Zirə" üzərində qazanıb. İkinci pillədəki "Qarabağ" isə "Kəpəz"ə uduzaraq, ilk pillədən 7 xal aralı düşüb.
Əvəzedicilərin çempionatı, XVIII tur
"Zirə” - "Qəbələ” - 1:2
Qollar: Vüsal İsgəndərli, 67-penalti ilə - Ülvi İsgəndərov, 12. Rövlan Muradov, 14
"Kəpəz” - "Qarabağ” - 3:2
Qollar: Şəfi Bağırov, 7. Eltac Muradov, 20. Fərid Məmmədov, 74 - Vüqar Nadirov, 29. Elgün Nəbiyev, 71
12 fevral (bazar)
AZAL – "İnter”
"AZAL Arena”, 13:00
"Neftçi” – "Sumqayıt”
"Bayıl Arena”, 13:30