Ukraynalı futbolçu Vladimir Lısenko Azərbaycandan təklif alıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun kayerasını xaricdə - ölkəmiz və Qazaxıstanda davam etdirmək variantı olsa da, vətənində qalmağa üstünlük verib. Sadəcə, Lısenko klubunu dəyişib.
Premyer Liqa təmsilçisi olan Donetsk "Olimpik"i ilə müqaviləsini uzatmayan futbolçu I liqa klubu "Desna"ya keçib. Çerniqov təmsilçisi hazırda 40 xalla 3-cü pillədə yer alıb və lider "İlyiçevets"dən 8 xal geri qalır.
Kiyev "Dinamo"sunun yetirməsi olan hücumçu Qazaxıstanda "Atırau"da baxışda olsa da, keçidi baş tutmayıb. Ancaq ukraynalı həmkarlarımız onun klublarımızdan hansının dəvət göndərdiyini göstərməyiblər.