"Kəpəz"in litvalı qapıçısı Tadas Simaitisin Azərbaycan Premyer Liqasında rekordu qırılıb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı legioner 2-ci mövsümdür çıxış etdiyi Gəncə klubunda ilk dəfə ehtiyatda qalıb.
Bu, XVIII turda "Qarabağ"la hazırda keçirilən ev oyununda baş verib. Litvalı həmkarını "çərçivə"də əvəzləyən David Kərimi "Kəpəz"də rəsmi debütünü gerçəkləşdirib.
Simaitis ötən çempionatda "Kəpəz"də nəinki 36 oyunun hamısında çıxış edib, komandasında buna imza atan yeganə futbolçu kimi rekordçu olub. Yeri gəlmişkən, həmin çempionatda bu göstəriciyə nail olan 2 futbolçudan biri məhz Tadasdır, digəri isə AZAL-da oynamış moldovalı həmkarı Stanislav Namaşkodur ki, sonuncu artıq ölkəmizdə çıxış etmir.
Tadas ötən çempionatda yalnız 1 dəfə - martın 6-da "Rəvan"a "Bayıl Arena"da 3:1 hesabı ilə qalib gəldikləri səfər matçınən 65-ci dəqiqəsində gənc azərbaycanlı həmkarı Əyyub Əliyevlə əvəzlənib. Həmin vaxt hesada 3:0 irəlidə olan gəncəlilər Əliyev meydandan çıxandan sonra - 82-ci dəqiqədə qapısında top görüb.
Diniyev son oyunlarda səhvləri ilə yadda qalan Simaitisi nəhayət, ehtiyatda saxlamağı lazım bilib. Bununla da Simaitis çempionatda ardıcıl 53 matçdan sonra meydanda olmayıb. Litvalı cari çempionatda 17 oyunda 21, ümumilikdə Premyer Liqada 53 matçda 60 qol buraxıb.
Qeyd edək ki, çari çempionatda bütün turlarda əvəzolunmadan oynayan qapıçılar "Qəbələ"nin ukrynalı legioneri Dmitri Bezotosnı ilə "Sumqayıt"dan Fərhad Vəliyevdir. Ancaq onların ölkə kuokunda ehtiyatda qalıdğını nəzərə alsaq, cari mövsümdə bütün matçlarda "çərçivə"də olan əlcək sahibi yoxdur.
Mehman SÜLEYMANOV