"Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının XVIII turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib. Yeni komanndasında debüt matçında qırmızı vərəqə alan təcrübəli müdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- Son dəqiqə şokunu gözləyirdiniz?
- Oyuna hazır idik. Ağır matç keçəcəyini gözləyirdik. Həmişə olduğu kimi qalib gəlmək istəyirdik. 3 xal qazanmağa çalışdıq. Ancaq son saniyələrdə buraxdığımız qolla uduzduq. Nəticədə 1 xal qazandıq.
- Son dəqiqələrdə vurduğunuz və buraxdığınız qolları kənardan izlədin. Nə baş verdi? Komandanızda arxayınçılıq oldu?
- 2-ci qolumuzu gördüm. Bundan sonra dedim ki, yüzfazili qalibiyyətdir. Ona görə də paltardəyişmə otağında idim. Sözün düzü, rəqibin 2-ci qolunu görmədim.
- "Qəbələ"də ilk oyununda həyəcan var idimi?
- Yox. Komanda ilə məşq edirəm, yavaş-yavaş uyğunlaşıram. Özümü də rahat hiss edirəm. Bir da vaxt keçəndən sonra komandaya tam öyrəşəcəyəm.
- İki sarı alaraq meydandan çıxarıldın. Əsas ikinci, qırmızıya çevrilən vərəqə ilə bağlı fikirlərini bildirərdin...
- Baş hakim Əliyar Ağayev bundan qabaq mənə sarı verdi. İlk "sarı"dan 5-10 dəqiqə keçməmiş ikincini östərdi. Özüm də bilirəm ki, bu vərəqə verilməli deyildi. Baş hakim də vermək istəmirdi. Yan xətt hakimi bayrağını qaldırdı, ona işarə etdi. Bildiyimə görə, səhv qərardır. Top uğrunda mübarizə gedirdi. Buna görə sarı vermək mümkün deyil.
- Baş hakimə etiraz etdinmi?
- Bəli. Ancaq xeyri yoxdur. Qərarını çıxarıb.
- "Qəbələ" son vaxtlar hakim qərarlarından çox narazıdır. Ancaq son 2 ev oyununda rəqiblərin əleyhinı hakim qərarları olub. Hakimlərin bu qeyri-adi nəylə bağlı idi?
- Pis çxmasın, hakimlər haqda danışmaq istəmirəm. Onların öz sədrləri var. Düz-səhv özləri bilər.
- Baş məşqçiniz Roman Qriqorçuk qırmızı vərəqə aldığına görə narazılıq etmədi?
- Yox, heç bir şey demədi.
- Növbəti turda "Qarabağ"la oyunda görüşəcəksiniz. Mərkəz müdafiəçilərinizdən ikisi zədəli, sən də cəzalıdan...
- Elədir, çətin olacaq. Baş məqşçi buna bir şey tapar, mərkəz müdafiəçini əvəzləyən bir futbolçunu heyətə qoyar.
- İlk oyunda qırmızı vərəqə almaq sənə nə dərəcədə pis təsir göstərir?
- Əlbəttə, heç keçə xoş gəlmir. Debütün belə olması xoşagəlməz haldır. Mənə dəstək verməkdənsə, meydançadan çıxartmaq yaxşı hərəkət deyil. Belə düzgün olmazdı.
- Bunu hakimlərə deyirsən?
- Yox. Ümumiyətlə, ilk matçımda meydançadan çıxmalı deyildim.
- Bir müddət Gürcüstanda oynadın, Azərbaycana qayıtdın. Deyəsən, dəyişən bir şey yoxdur...
- Nə mənada?
- Azərbaycan çempionatında...
- Bir daha deyirəm ki, kakimliklə bağlı bir şey danışmaq istəmirəm. Hər şey göz qabağında olacaq. Sonrada təkrarlara baxacaqlar.
- Komandanız 2-ci qolu vurandan sonra içəridən möhkəm qışqırırdın. Sanki "qırmızı"nı bununla sığortalayardın...
- Sevinmişdim ki, qələbə qazandıq. Həm də komanda 10 nəfərlə almışdı.