
Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" və "Qarabağ" arasında keçiriləcək oyunun başlama saatı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, fevralın 19-da baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da çalınacaq.
Oyun Qəbələ şəhər stadionunda olacaq.