1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"dən 40-cı qol
Topaz Premyer Liqasının XVIII turunun "Zirə” – "Qəbələ” oyunu meydan sahibləri üçün 3 müxtəlif yubileylə əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, 2:2 hesabı ilə başa çatan qarşılaşmada vurulan qollardan ikisi meydan sahiblər üçün tarixi önəm kəsb edib.
Riçard Qadzenin 90+4-cü dəqiqədə vurduğu matçdakı sonuncu qol "Zirə”nin doğma meydanda rəqib qapısından keçirdiyi 40-cı top olub. Bakılılar bu qolları 28 görüşdə vurub.
"Qəbələ”nin futbolçusu Daniel Subotiçin hesabı açması isə meydan sahibləri üçün ikiqat uğursuzluqla əlamətdar olub. Bu, "Zirə”nin 54 çempionat matçında buraxdığı 50-ci, 28 ev oyununda qapısında gördüyü 25-ci top olub.