"Qalatasaray"ın almaniyalı futbolçusu Lukas Podolski karyerasını Yaponiyada davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu "Vissel Kobey" klubuna keçməyə razılıq verib. 
Podolski Gündoğar ölkənin təmsilçisi ilə 15 milyon avro məbləöində 3 illik müqavilə imzalamağa razılıq verib. "Qalatasaray" bu transferə görə 2,7 milyon avro qazanacaq. 
Xatırladaq ki, Lukas son 2,5 ili "Qalatasaray"da keçirib. O, bu çempionatda cəmi 13 oyunda meydaa çıxaraq 3 qol vurub.  









                 





    
    
    
    
    
    
    
    
    


























































