"Real Madrid"in fransalı hücumçusu Kərim Benzema Çempionlar Liqasında (ÇL) bomardirlər siyahısında irəliləyib. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı futbolçu turnirin 1/8 final mərhələsində "Napoli" ilə hazırda keçirilən matçda fərqlənməklə 51-ci qoluna imza atıb. Bununla da həmyerlisi Tyerri Anrini arxada qoyan Benzema 5-ci pilləyə yüksəlib.
Siyahıya Kərimin portuqaliyalı komanda yoldaşı Kriştianu Ronaldu 95 qolla başçılıq edir. Lionel Messi 93, Raul Qonsales 71, Rud van Nistelroy 56 dəfə rəqib qapılarına yol tapıb. 









                 





    
    
    
    
    
    
    
    
    

























































