1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qızıl top" sahibi öldü
1958-ci ildə "Qızıl top"a sahib olmuş fransalı futbolçu Raymon Kopa vəfat edib.
Sportnet.az-ın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, məşhur hücumçu 85 yaşında dünyasını dəyişib.
Kopa 1958-ci il dünya çempionatının bürünc mükafatçısı, İspaniya "Real Madrid"inin heyətində Çempionlar Kubokunun üçqat qalibi (1956, 1958, 1959) olub. O, 4 qat Fransa çempionu və İspaniya La Liqasının ikiqat qalibidir.
Mərhum forvard Fransa millisinin heyətində 45 oyuna 18 qol vurub. O, Fəxri Legion ordeninə (1970) layiq görülmüş ilk futbolçu olub.