"Hazırda UEFA-da məşqçi kimi çalışıram. Karyeram ərzində oynadığım ölkələrin futbolları ilə maraqlanıram. "Bakı”da çıxış da yadıma gəlir. Təbii ki, orada maraqlı karyeram olmuşdur". Bunu Sportnet.az-a açıqlamasında Dare Nibombe deyib.
Toqo millisinin və "Bakı”nın keçmiş müdafiəçisi olan Nibombe "zolaqlılar”ın hazırda Premyer Liqada mübarizə aparmamasına bu cür münasibət bildirib: "Mən orada oynadığım vaxtda "Bakı” çox güclü idi. Bütün futbolçuları yaxşı xatırlayıram. Heyətimiz həmin vaxtı çox yaxşı idi. "Bakı”nın indi Premyer Liqada olmaması üzücüdür. Bu cür komanda hər zaman yüksək liqada olmalıdır”.