1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşdi - YENİLƏNDİ - FOTOLAR
UEFA İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Sportnet.az-ın məlumatına görə, seçki Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi çərçivəsində baş tutub.
Seçkiyə qatılan 12 namizəddən Kayrat Boranbayev tədbir zamanı İK üzvlüyünə namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan sonra UEFA-ya üzv olan 55 milli assosiasiya 11 namizəd arasında gizli səsvermə yolu ilə seçimlərini ediblər.
UEFA İcraiyyə Komitəsinə 50 səslə Karl-Erik Nilsson (İsveç), 48 səslə Con Delani (İrlandiya), 46 səslə Miçele Uva (İtaliya), 45 səslə Zbiqnev Bonek (Polşa), 44 səslə Raynhard Qrindel (Almaniya), 40 səslə Devid Gill (İngiltərə), 36 səslə Mixael van Praaq (Hollandiya) və 34 səslə Servet Yardımcı (Türkiyə) üzv seçilib. E.Məmmədovdan əlavə, 25 səs yığan Armand Duka (Albaniya), 24 xal toplayan Elxan Məmmədov (Azərbaycan) və cəmi 11 səs qazanan Kiran O Konnor (Uels) kənarda qalıb.
Qeyd edək ki, İcraiyyə Komitəsi UEFA-nın ali operativ idarəetmə orqanı sayılır. Bura qurumun prezidenti Aleksandr Çeverin, 5 vitse-prezident - Anxel Mariya Vilyar (İspaniya), Marios Lefkaritis (Kipr), Cankralo Abete (İtaliya), Qriqori Surkis (Rusiya), Mixael van Praq (Hollandiya), eləcə də 10 sıravi üzv daxildir.
---------
Bu gün Finlandiyanın paytaxı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə qurumun İcraiyyə Komitəsinə seçkilər də olacaq.
Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkaritisin namizdəliyini geri götürməsindən sonar 8 yer uğurunda 12 namizəd mübarizə aparacaq ki, onların arasında AFFA-nın baş katib Elxan Məmmədov da var. Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya) və Servet Yardımcı (Türkiyə) onun rəqibləri olacaq. E.Məmmədov seçilsə, UEFA-da yüksək post tutan ilk azərbaycanlı olacaq.
UEFA-ya üzv olan 55 milli assosiasiyanı nümayəndələrinin iştirak edəcəyi konqressin gündəliyində İcraiyyə Komitəsinə növbəti 4 il müddətinə yeni üzvlərin seçilməsi ilə yanaşı, FİFA Şurasına Avropadan növbəti 4 il müddətinə 4 nəfər, 2 illik müddətinə isə 1 nəfərin seçkisi də var. seçiləcək. Deyan Saviçeviç (Çernaqoriya), Kostakis Kutsokuminis (Kipr) və Şandor Çanyi (Macarıstan) 4 il müddətinə namizədliyini irəli sürüb. Daha bir yer üçün seçki isə sentyabrda Növbədənkənar Konqresdə keçiriləcək. 2 il müddətinə seçkidə isə Almaniya Futbol İttifaqının sabiq prezidenti Volfanq Nirsbaxı onun sələfi Raynxard Qrindelin əvəzləyəcəyi gözlənilir.
Həmçinin toplantıda UEFA prezidenti Aleksander Çeferin və İcraiyyə Komitəsinin hesabatları dinləniləcək.
Qeyd edək ki, İcraiyyə Komitəsi UEFA-nın ali operativ idarəetmə orqanı sayılır. Bura qurumun prezidenti Aleksandr Çeverin, 5 vitse-prezident - Anxel Mariya Vilyar (İspaniya), Marios Lefkaritis (Kipr), Cankralo Abete (İtaliya), Qriqori Surkis (Rusiya), Mixael van Praq (Hollandiya), eləcə də 10 sıravi üzv daxildir.