İngiltərənin "Çelsi” komandasının futbolçusu Dieqo Kosta karyerasını Çində davam etdirəcək.
Sportnet.az-ın "The Sun” nəşrinə istiandən verdiyi məlumata görə, 28 yaşlı hücumçu "Tyanszin Syuanszyan” klubu ilə razılıq əldə edib.
Sövdələşməyə əsasən, İspaniya yığmasının üzvünün illik əmək haqqı 29 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Dieqo Kosta 2014-cü ildə İspaniyanın "Atletiko” komandasından "Çelsi”yə keçib və 5 illik müqavilə bağlayıb. O, cari mövsümdə London təmsilçisinin heyətində iştirak etdiyi 38 oyundan 20 qola imza atıb.