"Zirə” müqaviləsi başa çatan 3 futbolçu ilə yeni anlaşma imzalayıb. 
Sportnet.az-ın məlumatına görə, müdafiəçi Təmkin Xəlilzadə və qapıçılar Anar Nəzirovla Kamal Bayramov "qartallar”ın sırasında qalıb. Hər 3 futbolçu bir illik müqaviləyə imza atıb.
Qeyd edək ki, həm Təmkin Xəlilzadə, həm də Anar Nəzirovla Kamal Bayramov Premyer Liqadakı debüt mövsümündən "Zirə"də çıxış edir. 









                 





    
    
    
    
    
    
    
    
    























































