"Sumqayıt” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ilk rəqib Super Liqa təmsilçisi "Osmanlıspor" olacaq.
Görüş iyulun 17-də olacaq. 1978-ci ildə yaradılmış klub 2014-cu ildən "Osmanlıspor” adını daşıyır. 2016/2017 mövsümündə Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pyer Vebo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.
Növbəti yoxlama oyunu iyulun 20-də Səudiyyə Ərəbistanının əsas liqa təmsilçisi "Al-Fateh” komandasına qarşı olacaq. 1958-ci ildə yaradılmış klub son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.
3-cü yoxlama görüşündə "Sumqayıt" iyulun 23-də Türkiyə təmsilçisi "Sivasspor”la qarşılaşacaq. 1967-ci ildə əsası qoyulan "Sivasspor” 2016/2017 mövsümündə I Liqanı lider kimi tamamlayaraq, Super Liqaya yüksəlib.
Son yoxlama oyunu isə iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Tavun”a qarşı olacaq. 1956-cı ildə qurulmuş Burayda təmsilçisi 2016/2017 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 8-ci yeri tutub.