AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı noyabrın 3-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İclasda Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq.
İcraiyyə Komitəsinin üzvləri son 29 gündə ikinci dəfə bir araya gələcək. Daha əvvəl onlar oktyabrın 5-də 2018-ci il dünya çempionatının Azərbaycan - Çexiya oyunundan əvvəl elə Bakı Olimpiya Stadionunda bir araya gəliblər.
Qeyd edək ki, AFFA yığmanın hazırkı baş məşqçisi Robert Prosineçki ilə müqaviləni uzatmayacağını açıqlayıb.