Türkiyə Superliqasının 11-ci turunun açılış matçında "Qalatasaray" doğma meydanda "Genclerbirliyi" ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi rəqibini 5:1hesabı ilə üstələyib. 7-ci dəqiqədə Marianu hesabı açıb. 43-cü dəqiqədə Maykon fərqi ikiyə çatdırıb. Komandalar fasiləyə 2:0 hesabı ilə yollanıblar.
Fasilədən sonra da istəkli olan tərəf meydan sahibləri olub. 46-cı dəqiqədə Bafatimi Qomis, 50-ci dəqiqədə isə Tolqa Ciyərci komanadasının növbəti qolunu vurub. Matçın sonlarında Qomisin penaltidən vurduğu qolla fərq 5 topa çıxsa da qonaqlar görüşün 84-cü dəqiqəsində Aleksandr Scekicin təsəlli qoluna seviniblər.
Qeyd edək ki, hələki rəqiblərindən 1 oyun çox keçirən "Qalatasaray" klubu 26 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İkinci "Başakşehir"in 20, 3-cü "Beşiktaş"ın isə