
Yoldaşlıq matçında Rusiyaya 1:0 hesabı ilə qalib gələn Argentina millisi növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, ötən mundialın vitse-çempionları Nigeriya ilə qarşılaşıb. Cənubi amerikalılar afrikalılar qarşısında acız qalıblar. Jorge Sampaolinin rəhbərlik etdiyi kollektiv oyunun 27-ci dəqiqəsində Ever Baneqa, 36-cı dəqiqəsində isə Sergio Aqueronun qolu ilə önə keçib.
Bu qoldan sonra Nigeriya yığmasının İngiltərədə çıxış edən futbolçuları səhnəyə çıxıb. Keleçi İheanaço 44-cü dəqiqədə fərqi azaldıb - 1:2. Birinci hissə bu hesabla da başa çatıb. Qarşılaşmanın 52-ci dəqiqəsində Aleks İvobi hesabı bərabərləşdirib. Komanda bu qoldan iki dəqiqə sonra Brayn İdovunun qolu ilə hesabda önə keçib.
73-cü dəqiqədə isə İvobi özünün 2-ci, ölkəsinin isə 4-cü qoluna imza atıb. Argentina 2:0 öndə olduğu matçda 2:4 hesabı ilə məğlub olaraq, dünya çempionatı öncəsi istəmədiyi məğlubiyyəti yaşayıb.