
Türkiyə Super Liqasının XII turunda səfərdə "Başakşehir"ə 1:5 hesabı ilə məğlub olan "Qalatasaray" klubu bundan 8 il öncə də qapısında 5 qol görüb.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi daxili çempionatda son olaraq 22 fevral 2009-cu ildə "Ali Sami Yen" stadionunda keçirilən qarşılaşmada "Kocaelispor"dan 5 top buraxıb - 2:5.
Həmin görüşdə Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadıqov da iştirak edib. "Qarabağ" klubunun hazırkı kapitanı 90 dəqiqə meydanda olub. Beləliklə, "Qalatasaray" 3191 gün sonra qapısında 5 qol görüb.
Qeyd edək ki, Rəşad Sadıqov 2008-2009 mövsümündə "Kocaelispor" forması ilə 16 matçda iştirak edib.
Təbriz QULİYEV
