Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Pepe komanda ilə birlikdə məşqlərə başlayıb.
Sportnet.az-ln məlumatına görə, müdafiəçi "Yeni Malatyaspor"la qarşılaşmadan öncə məşq zamanı zədələnib. Portuqaliyalı futbolçu "Qalatasaray"la oyunun hazırlıqlarında iştirak edib.
Pepedən başqa komandanın serbiyalı müdafiəçi Dusko Tosiç də komanda ilə məşqlərə başlayıb. Müdafiəçi Çempionlar Liqasında "Portu" ilə matçda zədələnib. Hər iki futbolçunun "Qalatasaray"la qarşılaşmada iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı dekabrın 1-də keçiriləcək.