
İngiltərə Premyer Liqasının 16-cı turunda Mançester derbisi baş tutub.
Sportnet.az-ın məlumatına görə, "Mançester Yunayted" doğma meydanda "Mançester Siti" ilə qarşılıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 43-cü dəqiqəsində David Silva komandasını hesabda önə çıxarıb.
Bu qoldan iki dəqiqə sonra Markus Reşford hesabı bərabərləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. Qarşılaşmanın 54-cü dəqiqədə qonaqlar Nikolas Otamendinin qolu ilə yenidən hesabda önə keçiblər.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra "qırmızı şeytanlar" bütün turnirlər daxil olmaqla 40-cı oyundan sonra məğlub olub.