Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Sumqayıt”ı 2:1 hesabıyla məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, 45 yaşlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Ağır oyun oldu. "Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı. Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir. "Sumqayıt” da bunu bizə hiss etdirmyi bacardı. Cavab matçı var. Həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |