
Fransa Liqasının 18-ci turunda PSJ səfərdə "Renn"in qonağı olub.
Sportnet.az-ın məlumatına görə, Paris təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edib. Komandanın aparıcı futbolçularından hesab olunan Neymar, Kavani və Mbappe bu matçda da fərqləniblər.
Qeyd edək ki, bu qələbə ilə xalını 47-yə yüksəldən PSJ ilk pillədəki mövqeyini möhkəmləndirib.
"Renn" - PSJ - 1:4
Qollar: Firmin Mubele Ndombe, 53 - Neymar, 4 , Kilian Mbappe, 17. Edinson Kavani, 75. Neymar, 76