"Qarabağ" klubunun polşalı legioneri Yakub Jezniçakın rəsmi "instagram" səhifəsinə xaker hücumu olub.
Sportnet.az-ın məlumatına görə, müdafiəçi rəsmi instagram hesabından paylaşım edərək, hücumuna məruz qaldığını və şəkillərinin silindiyini bildirib.
31 yaşlı futbolçunun hesabından "Qarabağ" və Bakıya aid bütün məlumatlar silinib. Hesabın məlumat bölməsində "Qarabağ"ın futbolçusu olduğuna dair məlumatlar da yer almayıb.