1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çətənə istehsalçısı klub sponsoru oldu
Avstriyanın Regional Liqasında çıxış edən "Viner Viktoriya" futbol klubu çətənə yetişdirilməsi ilə məşğul olan "Flowery Fields" şirkəti ilə müqavilə bağlayıb. Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, bu barədə klubun rəhbəri Roman Zeyzel açıqlama verib.
O, atdıqları addımı belə əsaslandırıb: "Ən yaxşı klubları bukmeykerlər və pivə istehsalçıları maliyyələşdirir. Bu, normal qiymətləndirilir. Biz nə iləsə fərqləndiyimizi düşünmürük. Klubun Müşahidə Şurası bu əməkdaşlığın lehinə səs verdi".
Qeyd edək ki, "Flowery Field" çətənə kollarını tibbi məqsədlər üçün yetişdirdiyini bildirir.