
Uzun illər "Qalatasaray"ın formasını geyinən və mövsümün əvvəlində komandadan ayrılaraq "Göztəpə"yə transfer olan Sabri Sarıoğlu sabiq komandasının azarkeşləri tərəfindən alqışlanıb.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisinin azarkeşləri təcrübəli futbolçunu "Göztepe" ilə matçda tribunaya çağırıblar. Sabri bu hadisədən sonra göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, "Qalatasaray" - "Göztepe" matçında ikinci hissə oynanılır və meydan sahibləri 3:1 hesabı ilə öndədir.