1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Sumqayıt”ın hazırlıq planı müəyyənləşdi
"Sumqayıt” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 2018-ci il yanvarın 5-də bir araya gələcək.
Yanvarın 20-dək Sumqayıtda hazırlıq keçəcək komandanın "Səbail” ilə yoxlama matçı nəzərdə tutulub. Ayın 18-də baş tutacaq qarşılaşmanın yeri və saatı dəqiqləşməyib.
Yanvarın 21-də Türkiyəyə yollanacaq "Sumqayıt” fevralın 4-dək Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sumqayıtlıların yanvarın 31-də Rusiyanın "Anji” komandası ilə qarşılaşacağı dəqiqləşib.
Digər 3 oyunun vaxtı bilinməsə də, rəqiblərdən daha 2-si məlumdur. Bunlar Makedoniya çempionatının II liqasında çıxış edən, tanınmış futbolçu Qoran Pandevin sahibi olduğu "Akademiya Pandev” və Serbiya Super Liqasından "Mladost”dur.
Qeyd edək ki, "Sumqayıt” qış fasiləsinə 20 xalla 4-cü pillədə yollanıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Keşlə” ilə qarşılaşacaq.