"Qalatasaray" klubunun yeni baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyasına (TFF) qarşı qaldırdığı iddia ilə bağlı ilk məhkəmə prosesi keçirilib. Sportnet.az-ın məlumatına görə, hazırlıq iclası İstanbulun 17-ci İş Məhkəməsində olub.
Terim Türkiyə yığmasında çalışdığı dövrdən ona 13 milyon lirə (3,5 milyon avro) borcun qaldığını bildirir. Məhkəmə tərəflərə dəlillərini ortaya qoymaq üçün 2018-ci il martın 7-dək vaxt verib.
Qeyd edək ki, TFF ilə Fatih Terim arasındakı müqavilə iyulun 26-da pozulub.